
Qrizmann sıradan çıxdı
- 08 Yan 2022 12:53
- 494
"Atletiko"nun futbolçusu Antuan Qrizmann təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı hücumçu İspaniya kubokunda "Rayo Majadahonda" ilə matçda (5:0) zədəsini ağırlaşdırıb.
Bu səbəbdən o, 1 ay oynamayacaq.
Qeyd edək ki, Qrizmann bu mövsüm meydana çıxdığı 22 oyunda 8 qol vurub, 2 qolun ötürməsini verib.