
Qrizmann "Barselona"ya qayıtmaq istəmir
- 20 İyn 2022 13:45
- 456
Müqavilə ilə "Barselona"ya məxsus olan Antuan Qrizmann icarə əsasında oynadığı "Atletiko"nun onu birdəfəlik alımasını istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
31 yaşlı hücumçu 2019-cu ildə "Atletiko"dan 120 milyon avroya "Barselona"ya keçib. Fransa millisinin üzvü Kataloniya təmsilçisinin heyətində 101 matçda 33 qol vurub və 15 qolun ötürməsini verib. 2021-ci ilin yayında Qrizmann iki mövsümlük "Atletiko"ya icarəyə verilib.