
Qodin “Kalyari”dən ayrıldı, Braziliya klubu ilə müqavilə bağladı
- 13 Yan 2022 16:44
- 472
Uruqvaylı müdafiəçi Dieqo Qodin İtaliyanın “Kalyari” klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Qodin Braziliyanın “Atletiko Mineyro” klubuna keçib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Uruqvaylı müdafiəçi “Kalyari”dən əvvəl İtaliyada “İnter”, İspaniyada “Vilyarreal”, “Atletiko”da çıxış edib.
“Kalyari” Qodinin gedişindən sonra heyətinə yeni müdafiəçi cəlb edib. A Seriyası təmsilçisi “Sassuolo”dan Eduardo Qoldaniqanı transfer edib. Bu keçidə görə qarşıı tərəfə 400 min avro ödənilib. 28 yaşlı italiyalı futbolçu bu mövsüm “Sassuolo”da cəmi 1 matça çıxıb. O, əvvəllər “Cenoa”, “Frozinone”, “Palermo”, “Yuventus”, “Peruca” və “Piza”da da oynayıb.