“Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqard qışda komandanı tərk edəcək.

Rekord.az xəbər verir ki, “Vest Hem”də 6 aylıq icarədən sonra Mançesterə qayıdan 28 yaşlı futbolçu burada özünü xoşbəxt hiss etmir.

​Məhz buna görə də o, qışda özünə yeni komanda tapmaq niyyətindədi. Mövsüm sonunda isə klub onu azad agent kimi komandanı tərk etməsinə icazə verəcək.