
“Qış transfer pəncərəsi”nin vaxtı açıqlandı
- 20 Dek 2021 21:20
- 563
Azərbaycan Futzal Federasiyası “qış transfer pəncərəsi”nin vaxtını açıqlayıb.
Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Yüksək, Birinci və İkinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” 2022-ci il yanvarın 3-dən fevralın 10-dək davam edəcək.
Klublar yeni oyunçularını fevralın 10-u, axşam 23:59-a qədər qeydiyyatdan keçirə biləcəklər.