“Qırmızı vərəqə almağımız bizi çətin duruma saldı” - Ayxan Abbasov
- 20:00
- 33
“Şamaxı” bu gün Premyer Liqanın 26-cı turunda “Zirə”nin qonağı olub.
Rekord.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyundan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı olub. Abbasov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Maraqlı və gərgin oyun oldu. Birinci hissə taktiki savaş oldu. İkinci hissədə bilirdik ki, rəqib üstümüzə gələcək. Hissənin əvvəlində qırmızı vərəqə almağımız da bizi çətin duruma saldı. Qol buraxdıqdan sonra yaxşı toparlandıq. Bəlkə də, bu mövsüm ən çox çətinlik çəkdiyimiz bununla bağlı olurdu. Qol buraxdıqdan sonra komanda dağılırdı. Amma bu oyunda belə olmadı. Rəqibi də təbrik edirəm bir xal münasibətilə”.