Qeye millidə oynamayacağını açıqladı
- 15:00
- 39
Pap Qeye Seneqal millisindəki karyerasını dayandırıb.
Rekord.az xəbər verir ki, İspaniyanın "Vilyarreal" klubunun futbolçusu DÇ-2026-nın 1/16 finalında Belçikaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra bununla bağlı paylaşım edib.
O, hazırkı məşqçilər heyətinin komandada qaldığı müddətdə millidə oynamayacağını bəyan edib. Yarımmüdafiəçi DÇ-2026-da 4 görüşdə iştirak edərək, İraqla oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildən Seneqal millisinin formasını geyinir. O, bütün turnirlərdə keçirdiyi 45 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.