
Qərb derbisinin vaxtı açıqlandı
- 31 Yan 2022 21:30
- 456
“Kəpəz” və “Turan Tovuz” arasında keçirilməli olan yoxlama oyununun tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, yanvarın 22-də keçirilməli olan, lakin baş məşqçilərin qərarı ilə təxirə salınan bu matç fevralın 8-də baş tutacaq.
Bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb. Komandalar Gəncədə qarşılaşacaqlar. Şəhər stadionunda keçiriləcək oyuna saat 14:00-da start veriləcək.