
“Qəbələ”nin sabiq futbolçusuna cinayət işi açıldı
- 09 Okt 2021 17:20
- 493
“Qəbələ”nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.
Rekord.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi şəxsi avtomobili ilə 2 maşını vurub. Kvekveskiri qəza törədən zaman sərxoş olub.
Polşa polisi futbolçunun sürücülük vəsiqəsini alıb və ona cinayət işi açıb.
Nika Kvekveskiri 2016-2017-ci illərdə isə “Qəbələ”də çıxış edib. Gürcüstanlı oyunçu hazırda Polşanın “Lex” klubunda forma geyinir.