
"Qəbələ"nin sabiq baş məşqçisi kitab yazdı, bir günə satıdı
- 23 Dek 2021 10:22
- 661
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.
Rekord.az xəbər verir ki, bu barədə 56 yaşlı ukraynalı mütəxəssisin özü "meta-ratings" saytına müsahibəsində deyib.
O, "Üç ölkənin çempionu" adlı kitabının 1 000 tirajla çap olunduğunu və bir gündə satılıb qurtardığını bildirib.
Qriqorçuk öz kitabında məşqçilik karyerasının Azərbaycan dövrünə də yer ayırıb.
Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"yə başçılıq edib. Təcrübəli mütəxəssis Latviyanın "Ventspils", Qazaxıstanın "Astana" və Belarusun "Şaxtyor" (Soliqorsk) komandalarının sükanı arxasında ölkə çempionluğunu qazanıb.