Konfrans Liqasında “Qəbələ”nin rəqibi olan “Fehervar” transfer həyata keçirib.

Rekord.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, Rumıniya millisinin üzvü Klaudiu Bumba ilə müqavilə imzalanıb.

Vinger “Baya Mare”, “Tarqu Mureş”, “Hapoel” (Tel-Əviv), “Dinamo”(Buxarest) “Konkordiya Çayna”, “Adanaspor” klublarında çıxış edib. Onun sonuncu klubu Macarıstan“Kişvar”dası olub.

Xatırladaq ki, "Qəbələ" və "Fehervar" komandaları arasında görüşlər iyulun 21-də Macarıstanda, 28-də isə Qəbələdə keçiriləcək.