"Region Liqası"nda çıxış edən "Energetik"in baş məşqçisi Azər Həşimov üzləşdikləri çətinliklərdən və onlara olan dəstəkdən danışıb.

Rekord.az xəbər verir ki, apasport.az-a açıqlama verən Həşimov çempiont öncəsi "Qəbələ" və "Qarabağ" təmsilçilərindən dəstək gördüklərini dilə gətirib.

Biri top hədiyyə edib, digəri də formaların üstünü yazıb: "Çempionatın startı ərəfəsində cəmi bir neçə gün məşq keçdik. Cəmi 3 topumuz var idi. Bilirsiniz ki, “Qəbələ” akademiyasında işləmişəm. “Qəbələ” klubuna minnətdarlığımı bildirirəm. Nail Kərimova (“Qəbələ” Futbol Akademiyasının direktor müavini) zəng vurub xahiş elədim, bizə 12 ədəd top verdilər. “Qarabağ”ın administratoru Elşən Həsənovdan da xahiş elədik, formaların üzərinin yazılmasına da o kömək elədi. Hərədən bir az dəstək almaqla işə başladıq".