“Qəbələ”də üç itki
- 2024-05-06 00:01
- 95
“Qəbələ” Premyer Liqanın 33-cü turunun “Səbail”lə səfər oyununa hazırlığı başa vurub.
Rekord.az xəbər verir ki, Ülvi İsgəndərov hazırlığa qatılmayıb.
Lukas Afriko və Murad Musayev isə fərdi məşqlə kifayətləniblər.
Mayın 6-da “ASCO Arena”da baş tutacaq “Səbail” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.