Yeni mövsümə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Gilad Avramovun keçidini rəsmiləşdirib.

İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.