
"Qəbələ"də də eyni maaşı alacaq, amma...
- 17 İyn 2022 15:00
- 625
Xəbər verdiyimiz kimi, 2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. Əldə etdiyimiz məlumata görə, Felipenin yeni klubundakı maaşı elə də yüksək olmayacaq. Belə ki, o, "Qəbələ"də də "Şamaxı"da aldığı maaşa yaxın maaş alacaq. Lakin müqaviləyə görə, əgəe futbolçu qarşıdakı mövsüm özünü doğurulda bilsə, növbəti mövsümdə maaşının artırılması tələbini irəli sürə bilər. Müqavilədəki "+1" də məhz buna hesablanıb.