“Qəbələ” Rafael Utziqlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb. 

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub. 

“Qəbələ” İdman Klubu Utziqə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.