Bu gün Premyer Liqada 4-cü dövrəyə start veriləcək.

Rekord.az xəbər verir ki, “Qəbələ” 28-ci turun açılış matçında “Neftçi” ilə görüşəcək.

İlk oyun günündə meydana çıxacaq “qırmızı-qaralar” rəqibini evdə qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç iki rəqib arasında 69-cu duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 68 dəfə görüşüb.

Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 31 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 78 qol vuran “Qəbələ” 99 top buraxıb.

İndiyədək keçirilən qarşılaşmalardan 62-sı Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 63-cü duel olacaq. Əvvəlki 62 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 30 dəfə uduzub. Rəqib qapısına 70 dəfə yol tapan “qırmızı-qaralar” 94 top buraxıb. 

“Qəbələ” “Neftçi”ni 34-cü dəfə qəbul edəcək. Əvvəlki 33 ev matçında “Qəbələ” 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 16 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 47 qol vurub.

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.