“Qəbələ” İK  baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kaxaber Sxadadzeyə komandadakı fəaliyyətinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.