
"Qəbələ" "Səbail" önünə ciddi itki ilə çıxacaq
- 28 Apr 2023 16:00
- 390
Misli Premyer Liqasının 32-ci turunda "Səbail"i qəbul edəcək "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan İsnik Alimi sarı vərəqə limitini doldurduğu üçün bu qarşılaşmada forma geyinməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Səbail" matçı mayın 1-də, saat 17:30-da Qəbələ şəhər stadionunda oynanılacaq.