2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

29 yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb.

Afrikalı oyunçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.