Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb. Rekord.az xəbər verir ki, Antalya toplanışındakı ilk sınaq “İC Santai” Futbol Mərkəzində baş tutub.

“Qırmızı-qaralar” burada Polşa təmsilçisi “Zaqlembe” ilə görüşüb. Üç qolun qeydə alındığı oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında 3-cü təsnifat mərhələsinə qədər irəliləyib. “Qəbələ”nin rəqib 2000-ci ildə İntertoto kubokunda Azərbaycan təmsilçisi “Viləş”i mübarizədən kənarlaşdırıb – 4:0, 3:1. Ötən mövsüm Ekstraklasada 16 komanda arasında 8-ci yeri tutan komanda hazırda 18 iştirakçı arasında 14-cüdür.

Yoxlama oyunu
18 yanvar

Qəbələ – Zaqlembe 1:2