
“Qəbələ” onu göndərəcək
- 17 Fev 2022 15:30
- 806
“Qəbələ” böyük ehtimalla ispaniyalı qapıçı Kristof Atanqana mövsümün sonuna komandadan göndərəcək.
Rekord.az xəbər verir ki, buna səbəb sözügedən əlcək sahibinin oynamaq şansı qazanmamasıdır.
Legioner olmasına baxmayaraq, gənc Nicat Mehbalıyevin əvəzləyicisi funskiyasını yerinə yetirən afrikalı, şans qazandığı oyunlarda da özünü yaxşı tərəfdən göstərə bilməyib. Elə onun ölkə kuboku çərçivəsində MOİK-lə oyunda buraxdığı kobud səhvi qeyd etmək kifayət edər. Onun yerinə hansısa gənc azərbaycanlı bir qapıçını sifariş etmək daha məntiqli olardı.