Qış fasiləsini başa vuran "Qəbələ" də hazırlıqlara start verib.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi doğma Qəbələdə yox, Bakıda bir araya gəlib və hazırlıq üçün BOS-un ehtiyat meydançasını məskən seçib.

Əldə etdiyimiz məlumata görə, rəhbərlik futbolçuların xahişinə əsasən Bakını seçib. Çünki "Qəbələ"nin demək olar ki, əksər futbolçuları Bakıda yaşayır və ailələrinə daha yaxın olmaq üçün qış hazırlığının ilkin mərhələsinin Bakıda keçirilməsini xahiş ediblər. Rəhbərlik də onların xahişini nəzərə alıb.