
“Qəbələ” Nicatı birdəfəlik transfer etmək istəyir
- 03 Yan 2022 17:00
- 829
“Qəbələ” qapıçı Nicat Mehbalıyevi birdəfəlik transfer etmək istəyir.
Rekord.az xəbər verir ki, bunun üçün “Sabah”la danışıqlar aparmaq istəyirlər.
Qeyd edək ki, Nicat müqavilə ilə “Sabah”a məxsusdur və “Qəbələ”də icarə əsasında oynayır. İcarə müqaviləsi mövsümün sonunda başa çatır. Lakin “Qəbələ” indidən bu məsələni həll etmək istəyir. Lakin bu keçidin baş tutması üçün ilk növbədə Murad Musayevin yekun sözü lazımdır. Çünki Nicat ona lazım olsa, “Qəbələ”nin istəyi baş tutmaya bilər.