
“Qəbələ” mükafat fondunu artıra bilər
- 21 Sen 2021 12:00
- 607
Çoxlarının gözlədiklərinin əksinı olaraq, “Qəbələ” yeni mövsümə çox uğurlu başlayıb.
Rekord.az xəbər verir ki, son anda AFFA-nın maddi yardımı ilə çempionatda iştirakı dəqiqləşən bölgə təmsilçisi hazırda lider rolundadır.
Əldə etdiyimiz məlumata görə, komandanın uğurlu çıxışı rəhbərliyin bəzi qərarlarına da rəsir edib. Belə ki, onlar qələbə üçün nəzərdə tutulan mükafat fondunu bir qədər də artırmağı gözdən keçirdir. Bununla futbolçuların qələbə ruhunu daha da qaldırmağı düşünürlər.