
"Qəbələ" legioner transfer etməyəcək?
- 05 Yan 2022 12:00
- 717
Xəbər verdiyimiz kimi, "Qəbələ" Avstriyanın "Admira Vakker" klubundan hücumameylli yarımmüdafiəçi Patrik Robson de Souza Monteyro ilə anlaşıb.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi bununla da legioner transferini yekunlaşdırıb.
Maddi durumu nəzərə alan Qəbələ təmsilçisi böyük ehtimalla əlavə legioner almayacaq. Bununla belə, məsələyə son nöqtə Antalyada qoyulacaq.