“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev xidmətində maraqlı olmadığı legionerin adını açıqlayıb.

Rekord.az xəbər verir ki, avrokuboklara iddialı əyalət klubunun çalışdırıcısı düşərgədə yer alan 8 əcnəbi futbolçudan Stefan Vukçeviçi “hesabdan silib”.

Gənc mütəxəssis ötən mövsümdən etibarən qırmızı-qara formanı geyinən monteneqrolunun çıxışından kəskin narazıdır.

Baxşıyev qış fasiləsində adıçəkilən yarımmüdafiəçiyə komanda tapılmasını istəyib. (sportinfo.az)