
Qazaxıstan klubu Balayevlə müqaviləni ləğv etdi
- 04 İyl 2022 14:30
- 463
Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
"Turan" Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Emil Balayev martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı. Onun karyerasını “Səbail”də davam etdirməsi gözlənilir.