Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu il iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Nur-Sultan şəhərindəki “Astana Arena”da təşkil olunacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.