
Qaret Beylin yeni klubu bəlli oldu
- 25 İyn 2022 21:39
- 484
Uels millisinin kapitanı Qaret Beylin yeni komandası bəlli olub.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu ABŞ-ın “Los Anceles” klubu ilə anlaşıb.
MLS təmsilçisinin tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir. Təcrübəli futbolçunun bu klubla 1 illik müqavilə imzalayacağı bildirilir.
Xatırladaq ki, Beylin son klubu Madrid “Real”ı olub.