Xəbər verdiyimiz kimi, "Qaradağ Lökbatan" yeni mövsümdən I Liqadakı ev oyunlarını Neftçi Futbol Mərkəzində keçirəcək.

Rekord.az xəbər verir ki, əslində sözügedən komanda mövsüm öncəsi sifariş ərizəsinə Lökbatan qəsəbəsindəki Olimpiya İdman Kompleksinin meydançasını daxil etmişdi.

Lakin meydançaya baxış keçirən Peşəkar Futbol Liqası (PFL) süni örtüyün yararlı olmadığını əsas gətirərək kluba bu meydançada futbol oynamağa icazə verilməyəcəyini bildirib. "Qaradağ Lökbatan" məhz bu qərardan sonra məkanı dəyişməyə məcbur olub.