“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
- 18:40
- 33
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 27-ci turunda "Karvan-Yevlax"a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyi:
“Bu gün itkilərimiz var idi. Rotasiyalar etsək də, alınmadı. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır.
Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik.
Mən "Kəpəz"ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Sürürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq”.