"Omoniya"nın daha bir futbolçusu Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la oyunu buraxacaq.

Rekord.az Kipr mətbuatına istinadən xəbər verir ki,  31 yaşlı yarımmüdafiəçi Fuad Başiru Ağdam təmsilçisi ilə matça kimi zədəsini sağalda bilməyəcək.

Bundan əvvəl  Hektor Yuste, Marko Şçepoviçin "Qarabağ"la görüşdə iştirakının sual altında olduğu bildirilib. Klubun qapıçısı Fabiano zədələnərək sıradan çıxıb. 

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.