
“Qarabağ”la “Neftçi”dən qələbə
- 19 Okt 2021 18:00
- 544
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Neftçi”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandası üzərində darmadağına sevinib. “Qarabağ”ın ikinci komandası isə səfərdə “Keşlə”nin əvəzedicilərini üstələyib.
Birinci Divizion
5-ci tur
19 oktyabr
Neftçi-2 – Sumqayıt-2 5:0
Qol: Ramin Nəsirli, 41. Xəqani Sadıxov, 48; 57. Əli Sadıxov, 52. Fərid İsgəndərov, 83.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Elvin Bayramov.
“Neftçi” Futbol Mərkəzi (ehtiyat meydança), 15:00.
Keşlə-2 – Qarabağ-2 1:2
Qol: Əbdülkərim Ağamalıyev, 3 – Mehdi Tahirov, 45+3. Nihad Quliyev, 53-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Əli Əliyev.
Bakı. “ASK Arena”, 15:00.
20 oktyabr
Zirə-2 – Sabah-2
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Cavid Cəlilov.
Bakı. “ASK Arena”, 14:00.
MOİK – Zaqatala
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Binə qəsəbə stadionu, 14:00.
Turan Tovuz – Qaradağ Lökbatan
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Kərim Zeynalov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 14:30.