“Qarabağ”la “Neftçi” arasında ilk oyun 8-ci tura təsadüf edəcək
- 17 İyl 2026 19:00
- 182
2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında gerçəkləşəcək ilk oyun 8-ci tura təsadüf edəcək.
Rekord.az xəbər verir ki, bu, turnirin püşkatmasından sonra bəlli olub.
Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.
Xatırladaq ki, Premyer Liqaya avqustun 14-də start veriləcək.