“Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras Azərbaycan Premyer Liqasında oynamağa yaxındı.

Rekord.az xəbər verir ki, Mərakeş millisində oynamış müdafiəçinin “Turan Tovuz”a keçmək ehtimalı yüksəkdi.

Belə ki, sportal.az əməkdaşına bununla bağlı qısa olaraq Rerras Azərbaycana qayıtmaq ehtimalının olmasından danışıb: “Bəli, belə bir şey var. İnşallah hər şey mümkündü”.

​Mərakeş millisində oynamış 29 yaşlı müdafiəçi “Vize”, “Sent-Trüden”, “Hart”, “Mexelen”, “Hibernian”, “Beziers”, “Qarabağ”, “Muludia”, “Levski”də oynayıb.