"Qarabağ"ın sabiq idman direktoru Con Van Leon Gürcüstanın "Lokomotiv" klubunun baş məşqçisi təyin olunub.

Rekord.az Tbilisi təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Con Van Leon 2014 - 2016-cı illərdə “Qarabağ”da çalışıb.