
“Qarabağ”ın sabiq futbolçusu yenidən Niderland klubunda
- 01 Fev 2022 11:30
- 482
“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros özünə yeni komanda tapıb.
Rekord.az xəbər verir ki, isveçli hücumçu karyerasını yenidən Niderland Erediviziyasında davam etdirəcək. 32 yaşlı forvard "Herakles"lə anlaşıb.
Bu, təcrübəli oyunçunun Almelo təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2009-2013 və 2016-2017-ci illərdə bu komandanın formasını geyinib.
2015/16 mövsümündə "Qarabağ"da çıxış etmiş Armenterosun son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Fucayra” olub.