İsveç çempionatında 22-ci turun görüşləri davam edir.

Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Haken" bu gün səfərdə "Degerfors"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

22 turdan sonra 44 xal toplayan "Haken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

“Qarabağ”ın digər rəqiblərindən “Molde” də bu gün Norveç çempionatının 21-ci turu çərçivəsində “Hauqesun”un qonağı olub. “Haken”dən fərqli olaraq, “Molde” səfərdən 2:1 hesablı qələbə ilə dönüb. Bu komanda Norveç çempionatında 37 xalla 4-cü pillədə qərarlaşıb.

"Qarabağ"ın Avropa Liqasının H qrupundakı digər rəqib "Bayer"dir.