Avropa Konfrans Liqasında “Qarabağ”ın yer aldığı H qrupunda mübarizəyə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyunda Qazaxıstanın “Kayrat” komandası Kipr təmsilçisi “Omoniya” ilə qarşılaşıb.

Qazaxıstanda baş tutan görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, qrupun digər matçında "Qarabağ" "Bazel"i (İsveçrə) qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.

Avropa Konfrans Liqası
H qrupu

16 sentyabr

"Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) 0:0