UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Cəbəllütarriqin “Linkoln” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub nigeriyalı dayaq yarımmüdafiəçisi Samson Bolaji Ajayini transfer edib.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Onun sonuncu iş yeri Slovakiyanın “Kalna nad Hronom” klubu olub. 

“Qarabağ”la “Linkoln” arasında ilk oyunu iyulun 11-də səfərdə, cavab görüşü isə ayın 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq.