“Qarabağ”ın rəqibi qapıçısını icarəyə verdi
- 16 İyn 2022 17:15
- 455
“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Lex” qapıçısı Bartoş Mrozeklə müqaviləni uzadıb, daha sonra isə onu icarəyə verib.
Rekord.az Polşa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı qolkiperlə 2022-ci ilin iyununa qədər yeni müqavilə imzalanıb.
Daha sonra isə o, ölkənin “Stal Mieleç” klubuna bir mövsümlük icarəyə verilib.