
“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı
- 03 Yan 2022 16:07
- 558
“Qarabağ”ın Konfrans Liqasının pely-off mərhələsindəki rəqibi – Marsel “Olimpik”i Fransa kubokunda növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda 1/16 final mərhələsində “Şovini” ilə qarşılaşıb.
Matçda 3:0 hesabıyla qələbə qazanan Marsel təmsilçisi adını növbəti mərhələyə yazdırıb. “Olimpik”in qollarını Arkadiuş Milik, Cengiz Ündər və Amin Arit vurub.
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada baş tutacaq. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.