UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel"in futbolçusu "Barselona"sının maraq dairəsinə düşüb.

Rekord.az xəbər verir ki, söhbət Artur Kabraldan gedir. 

İspaniyanın "Mundo Deportivo" nəşrinin yaydığı məlumata görə, "blauqrana" Braziliya millisinin 23 yaşlı hücumçunun çıxışını bəyənib.

Klubun sabiq futbolçusu, hazırda komandada skaut olaraq çalışan Deku Kabralın namizədliyini  təsdiqləyib.

Qeyd edək ki, "Bazel" və "Qarabağ" UEFA Konfrans Liqasının H qrupunda rəqibdirlər. Hər iki komanda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. 

Xatırladaq ki, Artur Kabral 13 oyundan sonra 13 qolla İsveçrə çempionatının bombardiridir. O, təsnifat mərhələləri daxil olmaqla, cari mövsüm UEFA Konfrans Liqasında 10 qola imza atıb.