
"Qarabağ"ın planı necə pozuldu?
- 23 Yan 2022 15:00
- 761
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin yanvarın 25-də "Tatran"la keçirəcəyi yoldaşlıq oyunu ləğv olunub.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Futbol plus"a açıqlamasında bunu Slovakiya təmsilçisinin hazırlıq planında dəyişikliklə izah etdi. Klub, ümumiyyətlə, Antalyaya gəlməyəcək. Buna görə də "Tatran"la oyun baş tutmayacaq.
Əvəzində Çexiyanın "Bohemians 1905" komandası ilə razılıq əldə olunub. Qarşılaşma yanvarın 25-də, saat 12.00-da baş tutacaq.