
“Qarabağ”ın oyunlarının başlama saatı məlum oldu
- 14 Dek 2021 12:00
- 679
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandasına qarşı keçirəcəyi oyunların başlama vaxtı məlum olub.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 17-də Marsel şəhərində keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 21:45-də başlayacaq.