İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Qarabağ-2” komandası 400 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində “Neftçi-2” komandasının azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Neftçi-2” komandası 150 manat cərimə edilib.