"Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın “Olimpik” (Marsel) komandasına qarşı keçirəcəyi ilk oyunu tribunadan təxminən 20 min azarkeş izləyəcək.

Rekord.az “Laprovence” nəşrinə istinadən xəbər verir ki, “Velodrom” stadionunda keçiriləcək oyuna fevralın 14-dək 15 min bilet satılıb.

Fevralın 17-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

“Velodrom” stadionu 67 min azarkeş tutumuna malikdir.