“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.

Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl iki məşqi buraxıb.

Kabo-Verde yığması bu gün Tunislə yoldaşlıq oyunu keçirəcək. 

Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.