
"Qarabağ"ın idman direktoru şərabdan mərcə girdi və...
- 27 Dek 2021 17:00
- 618
“Qarabağ”ın sabiq idman direktoru Con van Loen Ağdam klubunda çalışarkən Belçika "Anderlext"inin mərhum fəxri prezidenti Vanden Stokla mərcə girib.
Rekord.az xəbər verir ki, bu barədə 56 yaşlı niderlandlı mütəxəssisin özü "voetbalnieuws.be" saytına açıqlama verib.
Onun sözlərinə görə, maraqlı hadisə "köhlən atlar"ın 2015/2016 mövsümündə Bakıda Brüssel təmsilçisini 1:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının qrup oyunundan öncə baş verib:
"Həmin vaxt "Qarabağ"da sabiq "Anderlext"li Reynaldo Silva çıxış edirdi. O, çox yaxşı oyunçu idi.
Belçika klubu ilə görüşdən öncə Stok dedi ki, Con, biz udsaq, sən mənə, "Qarabağ" qalib gəlsə, mən sənə sənə bir şüşə şərab verəcəyəm.
Oyundan sonra rəqibin qaldığı otelə gedib mənə çatmalı olan şərabı tələb etdim. Bu qələbə kluba da çox şey qazandırdı".
Con van Loen 2014 - 2016-cı illərdə "Qarabağ"da çalışıb.